Press "Enter" to skip to content

Cəbrayılda növbəti əmək yarmarkası

Yarmarka zamanı

BAYRAQDAR MEDİA – Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyiişğaldanazad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Agentlik Cəbrayıl rayonu, M.Mehdizadə adına tam orta məktəbdə növbəti əmək yarmarkası keçirib. Yarmarkada 13 işəgötürən tərəfindən 100-dən çox vakansiya (o cümlədən, elektrik mühəndisi, department müdiri, şöbəmüdiri, böyük məsləhətçi, mühasib, anbardar, kassir, satıcı, çilingər, bənna, rəngsaz, aşbaz, nəzarətçi, santexnik, qazpaylayıcı stansiyada operator və s.) təqdim olunub”.

Məlumata görə, tədbirə qatılan sakinlərə vakansiyalar,iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.