Press "Enter" to skip to content

Beynəlxalq qurumlarla gələcək əməkdaşlıq müzakirə olunub

Görüş zamanı

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının prezidenti İosif Stavrakakis ilə görüş olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, yaradıcı potensialının inklüziv mühitdə inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Bu kateqoriyadan olan şəxslərin bir qisminineşitmə məhdudiyyətli şəxslər olduğu, onların da sosial dəstəktədbirləri ilə əhatə edildiyi bildirilib. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayının son illər 4 dəfəyə yaxın artırılaraq 130-a çatdırıldığı qeyd edilib. Həmin növlər sırasında eşitmə məhdudiyyətli şəxslər üçün də bir sırareabilitasiya vasitələrinin yer aldığı diqqətə çatdırılıb”. Məlumata görə, habelə işarət dilinin ünsiyyət dili kimi rəsmi olaraq tanınması məqsədilə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanaraq, parlamentdə müzakirə mərhələsində olduğu bildirilib: “Azərbaycanda paralimpiya hərəkatının daim genişlənərək böyük inkişaf yolu keçməsindən, idmançılarımızın Paralimpiya Oyunlarında böyük qələbələrə imza atmasından bəhs olunub.Qeyd edilib ki, ölkəmizdə eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və idman vasitəsilə də cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün 2023-cü ildə Azərbaycan Deflimpiya Komitəsi yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Deflimpiya Komitəsi arasında sıx əməkdaşlıq qurulub. Komitə yaradıldığı andan Nazirlik tərəfindən onun fəaliyyətinə dəstək göstərilir, o cümlədən Komitəyə işarət dili kurslarının təşkili üçün məkanlar ayrılıb. Deflimpiya hərəkatının inkişafı üçün bu dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyi vurğulanıb”.

Məlumatda deyilir ki, A.Kosa və İ.Stavrakakis Azərbaycanda əlilliyi olan şəxslərin, habelə eşitmə məhdudiyyətli şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası, onların idmana cəlb edilmələrisahəsində aparılan ardıcıl işləri, paralimpiya hərəkatının uğurlarını yüksək qiymətləndiriblər: “Ölkəmizdə deflimpiya hərəkatının inkişafı sahəsində görülən işlər, bu sahədəBeynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsi və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatıilə gələcək əməkdaşlıq müzakirə olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.