BAYRAQDAR MEDİA – Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”.
İlk şərhi yaza bilərsiniz