Press "Enter" to skip to content

Yozgatın damaq ləzzəti

Sorgun Yağlısı

BAYRAQDAR MEDİA – Yozgat Valiliyi şəhərin yerli dəyərlərini və qastronomik zənginliyini tanıtmaq üçün səylərini davam etdirir. Bu kontekstdə Sorgun Yağlısına diqqət çəkilib.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Bildirilib ki, “Yozgatın Sorgun mahalına xas olan bu unikal ləzzət kərə yağı, qatıq, qara zirə və küncütlə bəzədilmiş yumşaq teksturalı quruluşu ilə həm səhər süfrələrinin, həm də çay saatlarının vazkeçilməz hissəsi kimi tanınır. Coğrafi göstərici qeydiyyatı ilə qorunan Sorgun Yağlısı (yəni yağlı çörək) həm yerli əhalinin, həm də şəhərə gələn qonaqların böyük marağına səbəb olur”.

Məlumata görə, Yozgat Valiliyinin məsələyə diqqəti yerli qastronomiya turizmini canlandırmaq və şəhərin mədəni dəyərlərini daha geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır: “Anadoluda səhər yeməyi mədəniyyətinin güclü nümayəndələrindən biri olan Yozqatda Sorgun Yağlısı sadəcə çörək deyil; ənənə və qonaqpərvərlik rəmzidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.