Press "Enter" to skip to content

Türk dünyasına akademik körpü

İmzalanma zamanı

Beynəlxalq Türk Dövlətləri Universitetinin rəsmi açılışı olub

BAYRAQDAR MEDIA – Türkiyə ilə Özbəkistan arasında əməkdaşlıq çərçivəsində yaradılan Beynəlxalq Türk Dövlətləri Universiteti fəaliyyətə başlayıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri, Prof. Dr. Erol Özvar aprelin 7-də Ankarada Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Sosial İnkişaf şöbəsinin müdiri, Ali Təhsil Şurasının sədri Odil Abdurahmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sonra “Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurası ilə Özbəkistan Respublikası Ali Təhsil Şurası arasında Daşkənd şəhərində Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib”.

Məlumata görə, imzalanma mərasimində çıxış edən YÖK sədri Erol Özvar bunun tarixi bir gün olduğunu və iki ölkə arasında hər sahədə inkişaf edən əlaqələrdə ali təhsil ölçüsündə bir daha konkret addım atacaqlarını bildirib: “E.Özvar Türkiyə ilə Özbəkistan arasındakı tarixi əlaqələrdə ali təhsilə böyük önəm verildiyini diqqətə çatdırıb. Bundan əlavə, E.Özvar Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iradəsi çərçivəsində ortaq universitetin yaradılması istiqamətində işlərin bir müddətdir ki, davam etdiyini bildirib”.

Odil Abdurahmanov isə universitetin yaradılması ilə bağlı qərarın Özbəkistan Prezidenti Ş.Mirziyoyev tərəfindən yanvar ayında imzalandığını xatırladaraq, universitetin Türkiyədən olan 4 universitetin təhsil proqramları və professorları ilə fəaliyyətə başlayacağını bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.