Press "Enter" to skip to content

Traktor tərəfdarları döyülərək həbs edilib

Traktor tərəfdarları döyülərək həbs edilib

BAYRAQDAR MEDİA – Aprelin 4-də Azərbaycan təmsilçisi Traktor futbol klubunun Tehranın İstiqlal komandasına qarşı qazandığı qələbədən sonra, Təbrizdə qələbəni qeyd edən bir qrup tərəfdara xüsusi təyinatlı qüvvələr müdaxilə edib.

Xəbəri “ArazNews” Telegram kanalı yayıb.

Xəbərə əsasən, “yerli mənbələrin verdiyi məlumata görə, Təbrizin Elgölü parkında toplaşan gənclərə qarşı xüsusi qüvvələr kobud davranıb, onlara qarşı söyüş və fiziki zorakılıq tətbiq edib. Nəticədə bir neçə nəfər saxlanılaraq Təbriz Mərkəzi Həbsxanasına aparılıb”.

Bildirilib ki, “saxlanılan şəxslərdən üçünün kimliyi müəyyən edilib: Siyamək Əzizzadə, Əmir ƏzizzadəHamid Nəvidi. Ə.Əzizzadə zaminə buraxılıb, lakin digər iki şəxsin taleyi hələlik naməlum olaraq qalır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.