Press "Enter" to skip to content

Tətbiq edilən yeniliklərlə yerində tanışlıq olub

Görüş zamanı

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyi ilə görüşüb

BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, sədr müavini Sahib Alıyev, üzvləri – Azər Allahverənov və Səbinə Salmanova, ekspert Əkbər Qoşalı, AHİK rəhbərliyi və Konfederasiya strukturuna daxil olan qurumların rəhbərləri iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsindən məlumat verilib.

Bildirilib ki, “Konfederasiyanın sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən, dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Tədbirdə AHİK-də aparılan struktur islahatları, həyata keçirilən layihələr, tətbiq olunan yeniliklər, Əmək və Sosial Münasibətlər Akademiyasında kadr hazırlığı üçün yaradılmış əlverişli şərait diqqətə çatdırılıb”.

Tanışlıq zamanı
Tanışlıq zamanı

Məlumata əsasən, bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, “Layiqli Əmək Səfirləri” layihəsinə başlanılıb, yaxın vaxtlarda isə ittifaq üzvləri üçün xüsusi endirimlər nəzərdə tutan “AHİK Plus” proqramına başlanılacaq: “Həmçinin o da vurğulanıb ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, prosedur sadələşdirilib, prosesin tam rəqəmsallaşdırılması işləri davam etdirilir. AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyasının təsdiqləndiyini deyən Konfederasiya sədri beynəlxalq təcrübəyə və müasir çağırışlara uyğunlaşdırılması üçün həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərin hazırlandığını qeyd edib. Sonra AHİK-in fəaliyyəti və “Layiqli Əmək Səfirləri” layihəsi barədə videomateriallar nümayiş olunub”.

Məlumatda deyilir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Konfederasiyada həyata keçirilən islahatları yüksək qiymətləndirib: “Komitənin sədr müavini Sahib Alıyev, komitə üzvləri Azər Allahverənov və Səbinə Salmanova çıxışlarında əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının xidmətlərindən bəhs edib, qurumun işinə uğurlar arzulayıblar. Sonra komitə üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə yerində tanış olublar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.