Press "Enter" to skip to content

Təhsilverənlər üçün təlimin keçirilməsi qaydaları ilə bağlı müzakirə

Təhsilverənlər üçün təlimin keçirilməsi qaydaları ilə bağlı müzakirə

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi sisteminə daxil olan, Bakı və Abşeron-Xızı regionlarını əhatə edən musiqi və incəsənət məktəblərində çalışan fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə attestasiya keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “attestasiya zamanı komissiya üzvləri tərəfindən 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə müvafiq istiqamətlər üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Bu məqsədlə müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə aprelin 4-də Bakı Xoreoqrafiya Akademiyasında müzakirə keçirilib. Qeyd edilən kateqoriyadan olan təhsilverənlər üçün təlimlərin məzmunu, müddəti, istiqamətləri və təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb, gələcək addımlar üçün müvafiq meyarlar müəyyənləşdirilib”.

Daha sonra xəbərdə, “təlimlər zamanı peşəkar yanaşmanın təmin olunması məqsədilə aparıcı musiqi məktəblərinin müəllimləri, musiqi təmayüllü ali və orta ixtisas məktəblərindən mütəxəssislərin, həmçinin sahə üzrə müstəqil ekspertlərin də prosesə cəlb edilməsi məqsədəuyğun hesab olunub. Planlaşdırılan təlimlər mədəniyyət təhsili sahəsində keyfiyyətin artırılması və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətli addımdır. Təlimlərin təşkili ilə bağlı daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.