Press "Enter" to skip to content

Şuşa və Ağdamda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər

Şuşa və Ağdamda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu çərçivədə, Xidmət tərəfindən Şuşa şəhərində yerləşən “Şuşa otel və konqres” mərkəzində və “Xarı bülbül” otelində, Ağdam şəhərində yerləşən “Aghdam City” otelində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdığı vurğulanıb, yanğın zamanı zəruri davranış qaydalarından bəhs olunub və əməkdaşların həmin qaydalara ciddi riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb”.

Ardınca xəbərdə deyilir ki, “eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının, yanğından müdafiə sistemlərinin saz vəziyyətdə olmasının zəruriliyi vurğulanıb. Həmçinin, tədbirlərdə elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib”.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah olunub, suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.