BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “aprelin 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 qumbara, 3 patron darağı və 32 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər”.
İlk şərhi yaza bilərsiniz