BAYRAQDAR MEDİA – Türkiyənin Pendir Muzeyi 2025-ci ilin ilk 3 ayında qapılarını təxminən 25 min yerli və xarici turistə açıb. 30-dan çox pendir növünün sərgiləndiyi Karsdakı muzey turizm məkanı kimi seçilməyi bacarıb.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, muzey direktoru Yeşim Qoç ilk 3 ayda muzeyi 25 min insanın ziyarət etdiyini bildirib.
Qeyd edilib ki, muzeydə anbar bölməsi, süd dolu küpələr, yaylalarda həyat, pendir istehsalı, pendir istehsalının macərası izah edilir: “Bundan əlavə, keçmişdən günümüzə pendir istehsalında istifadə olunan alət və avadanlıqlar da sərgilənir. Muzeydə, həmçinin Kars təmsilçisi Qatar Vağzalı, Qars bitki örtüyü, Ankara Qazi Qatar Vağzalı, gruyere istehsal zalı, pendir salonu, Qars evləri, aşpaz bölməsi və atelye bölmələri də var”.
İlk şərhi yaza bilərsiniz