BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “Vüsal Məmmədov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı, oktyabrın 12-də şəhid olub”.
Məlumata görə, “YAŞAT” Fondu şəhidin valideynlərinə müalicə xərclərinin qarşılanması və tibbi ehtiyaclarının ödənilməsi üzrə dəstək göstərir.
İlk şərhi yaza bilərsiniz