Press "Enter" to skip to content

Mərkəzin fəaliyyəti müsbət və təqdirəlayiqdir

Prof. Dr. Orhan Gemikonaklı (solda) və Orxan Həsənoğlu

Prof. Dr. Orhan Gemikonaklı: Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti ilə Beynəlxalq Final Universiteti arasında sıx münasibətlər və səmərəli əməkdaşlıq mövcuddur

BAYRAQDAR MEDİA – “İlk olaraq onu qeyd edim ki, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti KKTC-də müstəsna işlər görür. Bu cəmiyyətin fəaliyyəti nəticəsində Azərbaycan və KKTC arasında əlaqələr daha da dərinləşir. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti daim axtarışda və məhsuldar nəticələr verən fəaliyyətdədir. Bir sözlə, Mərkəzin fəaliyyəti müsbət və təqdirəlayiqdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Beynəlxalq Final Universitetinin rektor əvəzi Prof. Dr. Orhan Gemikonaklı deyib.

Onun sözlərinə görə, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti ilə Beynəlxalq Final Universiteti arasında da sıx münasibətlər və səmərəli əməkdaşlıq mövcuddur: “Məhz bunun nəticəsində yaddaqalan tədbirlərə birgə imza atırıq. Heç uzağa getməyək. Novruz bayramı münaisbətilə Mərkəz tərəfindən Türk Şöləni təşkil edildi. O şölənin final gecəsi isə bizim universitetdə oldu. Sonda onu da deyim ki, Bakıya səfərimiz də məhz bu Mərkəzin təşəbbüsü ilə reallaşdı. Hesab edirəm ki, bundan sonra da birlikdə çox çalışacaq və yeni-yeni yaddaqalan ortaq layihələrə imza atacayıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.