Press "Enter" to skip to content

Leyləklər 70 ildir eyni yuvadan istifadə edirlər

Leyləklər

BAYRAQDAR MEDİA – Karsın Arpaçay rayonundakı Təpəcik kəndinə gələn leyləklər hər il dəyişsə də, yuvaları dəyişmir.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, “70 ildir elektrik dirəyi üzərində qurulan yuvadan istifadə edən leyləklər bu il də həmin yuvaya yerləşiblər. Kənd camaatı bu vəziyyətə öyrəşib.Kənd sakinləri leyləklərin hər il dəyişdiyinə diqqət çəkiblər”. Məlumata əsasən, bu il Təpəcik kəndinə gələn leyləklər balalarını eyni yuvada böyüdür, köç dövrü kəndi tərk edirlər.

Kənd sakinlərinin hər il gəlişini səbirsizliklə gözlədiyi leyləklər baharın müjdəçisi kimi qəbul edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.