Prof. Dr. Orhan Gemikonaklı: Beynəlxalq Final Universiteti yüksək keyfiyyətli təhsil, elmi tədqiqat və beynəlxalq əlaqələr sahəsində çoxsaylı uğurlar əldə edib
BAYRAQDAR MEDİA – “Kuzey Kıbrısın Beynəlxalq Final Universiteti 2015-ci ildə KKTC-nin Girne rayonunda Türkiyənin təhsil brendi Final Eğitim Kurumları və KKTC turizm sənayesinin liderlərindən olan DMG-Akgünler Qrupunun əməkdaşlığı ilə yaradılıb. O vaxtdan bu günə kimi ali təhsil sahəsində türk dünyasına xidmət edirik. Hazırda bizim 5 minə yaxın tələbəmiz var”.
Qardaş ölkələrin universitetləri arasında əlaqələr genişlənir
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Beynəlxalq Final Universitetinin rektor əvəzi Prof. Dr. Orhan Gemikonaklı bildirdi.
Beynəlxalq Final Universiteti müxtəlif sahələrdəki mütəxəssislər yetişdirməyə xüsusi diqqət ayırır
Universitetin uğurları ilə bağlı sualı cavablandıran Prof. Dr. Orhan Gemikonaklı “Kuzey Kıbrısın Beynəlxalq Final Universiteti yüksək keyfiyyətli təhsil, elmi tədqiqat və beynəlxalq əlaqələr sahəsində çoxsaylı uğurlar əldə edib. Beynəlxalq Final Universiteti tələbə mübadiləsi, innovativ tədris metodları və müxtəlif sahələrdəki mütəxəssislər yetişdirməyə xüsusi diqqət ayırır. Məhz bu xüsusiyyətləri ilə Beynəlxalq Final Universiteti dünyanın müxtəlif ölkələrində tanınır” dedi.
Prof. Dr. Orhan Gemikonaklı əlavə etdi ki, “xarici tələbələrlə daimi və effektiv ünsiyyətdə olan Beynəlxalq Ofisimiz tələbələrimizə akademik və inzibati məsələlərdə, sosial-mədəni uyğunlaşma proseslərində dəstək olur” dedi.
Önəm verilən məsələlərdən biri də dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasıdır
Müsahibimizin sözlərinə görə, universitet fəaliyyətə başlayandan bəri önəm verdiyi məsələlərdən biri də dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin qurulması olub: “Yəni xarici ölkələrdəki nüfuzlu ali məktəblərlə əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılıb. Ortada real nəticələr var. Avropanın bir sıra nüfuzlu ali məktəbləri ilə əlaqələrimiz var. Eyni zamanda yeni əlaqələrin qurulması istiqamətində də danışıqlar davam edir”.
Azərbaycanda universitet rəhbərləri ilə məhsuldar görüşlər keçirilb
Universitetin daha çox hansı ixtisaslara diqqət ayırdığını gəlincə Prof. Dr. Orhan Gemikonaklı dedi: “Biz xüsusilə iqtisadiyyat və mühəndislik sahəsində əlaqələrin genişlənməsinə üstünlük veririk. Bununla yanaşı turizm və digər tələb olunan sahələrlə bağlı da xarici ölkə universitetləri ilə əlaqələri gücləndiririk”.
Diqqət edilən məsələlərdən biri də türk dünyası ilə əlaqələrdir
Prof. Dr. Orhan Gemikonaklı əlavə etdi ki, hazırda diqqət edilən məsələlərdən biri də türk dünyası ilə əlaqələrdir: “Hazırda türk dünyasında bütün sahələrdə olduğu kimi ali təhsil sahəsində də əlaqələr getdikcə genişlənir. Beynəlxalq Final Universiteti də bundan irəli gələrək türk dünyası ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir. Elə Azərbaycana səfərdə məqsəd də bu istiqamətdə mühüm addımlar atmaq, yeni əlaqələr qurmaqdır”.
Azərbaycandakı müxtəlif universitetlərin rəhbərləri ilə görüşlər müsbət nəticələnib
Səfər zamanı Azərbaycandakı müxtəlif universitetlərin rəhbərləri ilə məhsuldar görüşlər keçirildiyini deyən rektor əvəzi daha sonra bildirdi: “Azərbaycandakı müxtəlif universitetlərin rəhbərləri ilə məhsuldar görüşlər keçirdik. Həmin görüşlərdə iqtisadiyyat, iqtisadi idarəetmə, memarlıq, dizayn ixtisasları və mühəndisliyin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri geniş müzakirə olundu. Həmçinin universitetlərin tədris təcrübəsinə, beynəlxalq əməkdaşlıq imkanlarına, maddi texniki təminatına və kadr potensialına toxunuldu. Bundan başqa həmin görüşlərdə universitetlər arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə seminarların və konfransların təşkili, elmi nəticələrin mübadiləsi, alimlərin müştərək tədqiqatları və indeksli beynəlxalq nəşirlərdə birgə çap olunması məsələləri ətrafında detallı fikir mübadiləsi aparıldı”.
Bundan başqa, görüşlərdə elmi əməkdaşlığın tədris proqramlarının inkişafına və akademik mühitin daha da zənginləşməsinə böyük təsir göstərəcəyi vurğulanıb: “Bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq miqyasda yüksək keyfiyyətli tədqiqatların aparılmasına və mütəxəssis hazırlığı sahəsində yeni imkanların yaradılmasına təkan verəcəyi bəyan edildi” .
Milli Məclisdəki görüş zamanı iki qardaş ölkə arasında akademik əməkdaşlıq istiqamətidnə fikir mübadiləsi aparılıb
Qonaq qeyd etdi ki, səfər çərçivəsində yaddaqalan görüşlərdən biri də Milli Məclsidə keçirilib: “Milli Məclisin Təhsil Komitəsində də görüş keçirdik. Görüşdə komitə sədri, dəyərli dostumuz Prof. Dr. Anar İsgəndərov, Komitənin üzvləri millət vəkilii, ADA Üniversitetinin prorektoru Fariz İsmayılzadə və millət vəkili Mehriban Vəliyeva da iştirak etdi. Görüş zamanı iki qardaş ölkə arasında akademik əməkdaşlıq istiqamətidnə fikir mübadiləsi aparıldı”.
Beynəlxalq Final Univeristeti maddi maraqlara deyil, ali maraqlara xidmət edən bir universitetdir
Nəhayət, “bəs azərbaycanlı gənclər niyə görə məhz Kuzey Kıbrısın Beynəlxlaq Final Univeristetini seçməlidirlər” sualına gəlincə, Prof. Dr. Orhan Gemikonaklı aşağıdakı cavabı verdi: “Öncəliklə onu deyim ki, Beynəlxlaq Final Univeristeti öz prinsiplərinə sadiq ali təhsil ocağıdır. Prinsiplərimiz isə aydındır – Ən yüksək keyfiyyətli ali təhsil vermək əsas amalımızdır. Məhz buna görə də bizdə ali təhsillə bağlı keyfiyyətsiz bir addım müşahidə edilə bilməz. İkincisi, nə qədər vəqf universiteti olsaq da Beynəlxalq Final Univeristeti maddi maraqlara deyil, ali maraqlara xidmət edən bir universitetdir. Yəni bizim məqsədimiz, belə deyək, “nə olursa olsun tələbə sayı çox olsun” prinsipinə əsaslanmır. Bizim məqsədimiz təhsil verdiyimiz gənclərin bir şəxsiyyət, savadlı insan kimi yetişməsinə yardımçı olmaq, dövlətinə xalqına millətinə, bayrağına sədaqətli olacaq peşəkar, bilikli şəxslər yetişdirməkdir”.
Rektor dedi ki, azərbaycanlı gənclər bu universiteti seçərək həm də yüksək peşəkarlığa və ali təhsil keçmişinə malik müəllimlərimizin onlara dərs deyilməsinə nail olacaqlar: “Bizim güclü müəllim kadr bazamız vardır. Bir sözlə, biz insana dəyər veririk və gənclərin yüksək keyfiyyətli təhsil ala biləcəkləri universitet məhz Beynəlxalq Final Universitetidir. Onu da qeyd edim ki bizim universiteti fərqləndirən bir məqam da araşdırmaya üstünlük verməkdir. Yəni biz öz fəaliyyətimizi bütün sahələri üzrə araşdırmaya əsaslandırıb qururuq”.
İlk şərhi yaza bilərsiniz