BAYRAQDAR MEDİA – Turizm şəhəri Antalyaya 3 ayda gələn turistlərin ümumi sayı 15 faiz azalaraq 855 min 429 olub.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “855 min turistdən 694 min 254-ü əcnəbi, 161 min 175-i isə vətəndaş ziyarətçiləri (xaricdə yaşayan türklər) olub. Keçən ilin eyni dövründə Antalyaya 1 milyon 5 min adam gəlmişdi”.
Məlumatda deyilir ki, 2024-cü ilin 3 aylıq dövründə xarici turist sayının 858 mini keçdiyi Antalyada 2025-ci ilin yanvar-mart dövründə xarici turist sayındakı azalma 20 faiz olub: “Ötən ilin yanvar-mart dövründə 147 min olan yerli ziyarətçilərin sayı bu il 9 faiz artıb. 2025-ci ilin mart ayında şəhərə 365 min 784 turist gəlib. Bunlardan 321 min 593-ü xarici, 44 min 191-i isə yerli ziyarətçilər olub. 3 aylıq dövrdə daha çox Antalyaya almanlar gələrkən, Polşadan başqa xarici turistlərin sayında azalma müşahidə olunub”.
İlk şərhi yaza bilərsiniz