BAYRAQDAR MEDİA – Türkiyənin Gənclər və İdman Nazirliyinin mühüm layihələrindən biri olan “23 Aprel TBMM Tennis Kuboku” aprelin 5-dən etibarən İğdır Gənclik və İdman İl Müdirliyinin tennis kortlarında coşğu ilə başlayıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “6-14 yaş arası idmançıların gərgin mübarizə aparacağı bu xüsusi turnir Iğdırda tennis həyəcanını zirvəyə çatdırır.Yarış çərçivəsində 86 gənc idmançı qız və oğlan kateqoriyalarında yarışaraq istedadlarını nümayiş etdirəcək”.
Məlumata görə, bu turnir gəncləri idmana sövq etməklə yanaşı, tennis kortlarına 23 aprel şövqünü də gətirir.
İlk şərhi yaza bilərsiniz