BAYRAQDAR MEDİA – Son illərdə xüsusilə gənclər arasında kolon xərçənginə yoluxma hallarında ciddi artım müşahidə olunur.
BAYRAQDAR MEDİA-nın məlumatına görə, bu haqda “sabah.com.tr” xəbər paylaşıb.
Məşhur britaniyalı onkoloq Castin Stebbinq bağırsaq xərçənginə qarşı bir qidaya diqqət çəkib. Süd və süd məhsullarının bağırsaq xərçəngi riskini azaltdığını ifadə edən C.Stebbinq, qatığın xüsusilə əhəmiyyətli bir qida olduğunu deyib. Onkoloq qatığın təbii xərçənglə mübarizə aparan bakteriyaları ehtiva etdiyini və onun kolon xərçəngi riskini 20 faizə qədər azaltdığını bildirib.
Qeyd edək ki, əvvəlki bir çox araşdırmalar da göstərib ki, müntəzəm olaraq qatıqdan istifadə bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir edə bilər.
İlk şərhi yaza bilərsiniz