BAYRAQDAR MEDİA – Güney Azərbaycan əyalətlərinin televiziya kanallarında “Traktor” futbol klubunun yarışlarının yayımlanmasının ardınca qaşqay türkləri də Şiraz əyalətinin telekanalında “Tarktor”un oyunlarının canlı yayımını tələb edirlər.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.
Bildirilib ki, “Güney Azərbaycanda əhalinin tələbi ilə son aylarda Şərqi Azərbaycanın Səhənd kanalı ilə yanaşı, “Traktor” komandasının oyunları Qərbi Azərbaycan əyalətinin kanalı, Zənganın “İşraq” kanalı və Ərdəbilin “Savalan” kanalı vasitəsilə canlı yayımlanıb”.
İlk şərhi yaza bilərsiniz