BAYRAQDAR MEDİA – Iğdır Dağ Safarisi Təbiət İdmanları Klubunun üzvləri Melekli qəsəbəsində yerləşən və təbii gözəllikləri ilə valehedici İrem Üzüm Bağlarında unudulmaz təbiət gəzintisi ediblər.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “gəzintinin bir hissəsi yağışlı havada keçsə də, iştirakçılar unikal mənzərələrdən və təmiz havadan həzz alaraq xoş gün keçiriblər. İrem Bağları Iğdırın Melekli qəsəbəsində yerləşən və təbii gözəlliyi ilə diqqət çəkən bir bölgədir. Bölgə sulu təbiəti, meyvə bağları və quş səsləri ilə ziyarətçilərinə dinc bir atmosfer təqdim edir”.
İlk şərhi yaza bilərsiniz