Eskişehir Azərbaycanlılar Dərnəyində uyğur türklərinə qarşı həyata keçirilən siyasət müzakirə olunub
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlılar Dərnəyi hər zaman taleyüklü məsələlərə müraciət edir. Bu dəfə də Dərnək diqqəti uyğur türklərinin taleyi ilə bağlı məsələyə yönəldib.
Bununla bağlı BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Məlumata görə, Dərnək üzvləri üçün məruzəçi Cavid Əmirov tərəfindən “Doğu Türkistan Əsir Türk Yurdunda Səssiz Soyqırım” adlı təqdim edilib: “Məruzədə uyğur türklərinin acı taleyindən geniş bəhs edilib. Daha sonra, Çinin hazırda uyğur türklərinə qarşı həyata keçiridyi siyasətdən bəhs edilib. Məruzəçi onu da qeyd edib ki, dünya uyğurlara qarşı həyata keçirilən bu zülm siyasətinə səssiz qalır”.
Məlumata əsasən, Cavid Əmirov çıxışında Doğu Türküstanın türk dünyasındakı yerindən də bəhs edib.
İlk şərhi yaza bilərsiniz