BAYRAQDAR MEDİA – Dırnaqlardakı ağ cizgilərə çox zaman əhəmiyyət verilməsə də əslində xərçəng riskini daşıdığı anlama gələ bilər.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “sozcu.com.tr” saytı məlumat paylaşıb.
Yeni araşdırmalar göstərir ki, dırnaq üzərində yer alan cizgilər böyrək, dəri və göz xərçənginə tutulma riskini artıran nadir genetik xəstəliklərin əlaməti ola bilər.
Beynəlxalq Sağlamlıq İnstitutunun alimləri xərçənglə bağlı apardıqları araşdırmadan təəccüblü nəticələr əldə edib. Genetik pozğunluğu olan insanların 88 faizinin dırnaqlarında anormal izlərin olduğu və bu izlərin dırnaq boyunca uzanan bir xətt olduğu ortaya çıxıb.
BAP1 şişə meyillilik sindromu adlanan bu xəstəlik orqanizmdəki hüceyrələrin sürətlə çoxalmasına və şiş kütləsinə çevrilməsinə mane olan genə təsir edir.
Araşdırmada dırnaq uzunluğu boyunca uzanan incə cizgi kimi anormal dırnaq izləri olan insanların əksəriyyətində xoşxassəli bir şiş olduğu qeyd edilib.
İlk şərhi yaza bilərsiniz