Press "Enter" to skip to content

Daha bir layihə yekunlaşıb

Tədbirdən xatirə fotosu

İngilis dilini təkmilləşdirən şagirdlərə sertifikat verilib

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək” layihəsinin bağlanış mərasimi keçirilib.

Layihə rəhbəri Xeyransa Həsənlinin BAYRAQDAR MEDİA-ya verdiyi məlumata görə, tədbirdə Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin direktoru Arzuman Qarayev, məktəbin direktor müavinləri, Çingiz Quluyev, Xalid Kazımov, layihə rəhbəri Xeyransa Həsənli, layihənin eksperti Nizami Əsgərov, təlimçi-müəllim Rəsmiyyə Mustafayeva və ingilis dili kurslarında iştirak edən 16 nəfər şagird iştirak edib: “Tədbirdə çıxış edən layihə rəhbəri Xeyransa Həsənli Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə icra edilən “Şagirdlərin xarici dildə dinləyib-anlama və danışma bacarıqlarının inkişafına dəstək” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib. Daha sonra tədbirdə çıxış edən Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin direktoru Arzuman Qarayev, məktəbin direktor müavinləri Çingiz Quluyev, Xalid Kazımov, layihənin eksperti Nizami Əsgərov və təlimçi-müəllim Rəsmiyyə Mustafayeva layihənin məktəb və şagirdlər üçün faydasından danışıb”.

Məlumata görə, sonra ingilis dili kurslarına cəlb edilən şagirdlər layihədən əldə etdikləri nəticələrlə bağlı məlumat verib: “Qeyd edək ki, ingilis dili üzrə dərsdənkənar məşğələyə məktəbin VII-IX sinfində təhsil alan 16 nəfər şagird cəlb edilib. Məşğələlərə seçilmiş şagirdlərlə dərslər həftədə 3 dəfə olmaqla 2 dərs saatı müddətində keçirilib. Şagirdlərə həftədə 2 gün nəzəri bilgilər öyrədilib. Üçüncü dərs günündə isə şagirdlərlə müxtəlif əyləncəli oyunlar, rol oyunları formasında danışıq dərsi təşkil olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.