Press "Enter" to skip to content

AZAL: 33 il səmalarda

AZAL: 33 il səmalarda

BAYRAQDAR MEDİA – Aprelin 7-si “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin aviasiya tarixinə yeni bir səhifə açmasından 33 il ötür.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “1992-ci ildən bəri AZAL Azərbaycanın qlobal aviasiyada təmsilçisi, regionun dünyaya çıxışının təminatçısı olub. Prezident İlham Əliyevin göstərişinə əsasən korporativ mühitə keçən şirkət aviasiyada yeniliklərin tətbiqini və mükəmməlliyi hədəfləyib. Son dövrlərdə Azərbaycanın həyata keçirdiyi islahatlar və inkişaf yönümlü addımlar sayəsində bir çox vacib nəticələr əldə olunub. 2022-ci illə müqayisədə istiqamətlərin sayı 2024-cü ilə nisbətən iki dəfədən çox artaraq 27-dən 63-ə çatıb. 2022-ci ildə 2,2 milyon nəfər olan sərnişin sayı 2024-cü ildə 4 milyon nəfərə qədər artıb. AZAL “Boeing” və “Airbus” təyyarələrinin alınması üzrə, həmçinin “AerCap” və “CDB Aviation” şirkətləri ilə “Airbus” təyyarələrinin icarəsi üzrə müqavilələr imzalayaraq 2030-cu ilə qədər 20-dən çox yeni hava gəmilərini müasirləşən təyyarə parkına daxil olmasını və ümumilikdə sifariş həcminin artırılmasını planlaşdırır”.

Daha sonra xəbərdə, “AZANS-ın peşəkar fəaliyyəti nəticəsində Azərbaycanın hava məkanı üzərindən keçən ümumi uçuşların sayı 2022-ci illə müqayisədə 2024-cü ildə 83 faiz artıb. Tranzit uçuşlarda isə sözügedən ilə nəzərən 2024-cü ildə yüz faiz artıma nail olunub. Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə də müsbət dinamika müşahidə olunur. Xidmət göstərilən istiqamətlərin sayı 2022-ci ilə nəzərən 67-dən 2024-cü ilin göstəricilərinə əsasən 81-ə yüksəlib, sərnişin sayı isə eyni illə müqayisədə 4,4 milyondan 2024-də 7,5 milyona qədər artıb”.

AZAL bu mütərəqqi səyahətdə təyyarənin göyərtəsində, hava limanında, dispetçer qülləsində və ya ofis şəraitində çalışan əməkdaşlarının hər birinə göstərdiyi peşəkarlıq və fədakarlığa görə dərin təşəkkürünü bildiririb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.