BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi (ETN) və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi respublikanın ən böyük festival müsabiqəsi olan Uşaq İncəsənət Festivalının qeydiyyat mərhələsi uğurla başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ölkənin müxtəlif bölgələrindən minlərlə istedadlı uşaq və yeniyetmə bu möhtəşəm incəsənət festivalında iştirak etmək üçün müraciət edib. Festivalın növbəti mərhələsi seçim turlarından ibarət olacaq. Yaxın günlərdə bütün iştirakçılar portal vasitəsilə seçimlərin keçiriləcəyi məntəqələr, tarixlər və digər vacib məlumatlar barədə ətraflı məlumat əldə edə biləcək. Seçimlər peşəkar münsiflər heyəti tərəfindən aparılacaq və iştirakçılar müxtəlif incəsənət növlərində öz istedadlarını nümayiş etdirəcək”.
Qeyd edək ki, sözügedən Festival Azərbaycan mədəniyyətinin gənc nəsil arasında təbliğinə, yeni istedadların üzə çıxarılmasına və onların peşəkar inkişafına dəstək verməyə davam edir. Festival çərçivəsində iştirakçılar müxtəlif ustad dərslərində iştirak edəcək, tanınmış incəsənət xadimlərindən dəyərli tövsiyələr alacaq və böyük səhnəyə çıxmaq imkanı əldə edəcək.
İlk şərhi yaza bilərsiniz