BAYRAQDAR MEDİA – 2025-ci il aprelin 3-də saat 14:00-da Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş keçiriləcək.
Bu barədə Agentlikdən məlumat verilib.
Məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının və aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin iştirakı nəzərdə tutulur.
Məlumatda o da vurğulanıb ki, görüşdə yalnız qrant müsabiqələrinin qalibi olan qeyri-hökumət təşkilatlarının hər birindən bir nəfər – rəhbər şəxs iştirak edə bilər.
İlk şərhi yaza bilərsiniz