BAYRAQDAR MEDİA – Cumhur İttifakının Karsdakı nümayəndələri birlik və həmrəylik mesajı veriblər.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, AK Parti Kars millət vəkili Adəm Çalkın, AK Parti Kars İl Başçısı Muammer Sancar və İl Təşkilatı,Milliyyətçi Hərəkət Partiyası (MHP) Kars İl Başçılığına ziyarət edib: “Ziyarət çərçivəsində MHP Kars İl sədri Tolga Adıgüzel və partiya təşkilatı ilə görüşən heyət bayram qeydetmə proqramında iştirak edib. Cumhur İttifakının çətiri altında keçirilən toplantıda Karslıların rifahı və şəhərin inkişafı üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb”.
Məlumata görə, millət vəkili Adəm Çalkın, səfər zamanı verdiyi açıqlamada deyib: “Cumhur İttifakı olaraq sevimli millətimizin və Karsın xidmətindəyik. Birliyimiz, həmrəyliyimiz əbədi olsun”.
MHP Kars İl sədri Tolga Adıgüzel də iki partiya arasında güclü əməkdaşlığın Kars üçün əhəmiyyətinə toxunub.
İlk şərhi yaza bilərsiniz