BAYRAQDAR MEDİA – ABŞ-dən olan tədqiqatçılar araşdırmalar çərçivəsində beyin fəaliyyətini səsə çevirən süni intellekt modeli ilə öyrədilmiş cihazı 18 il əvvəl insult keçirdikdən sonra danışma qabiliyyətini itirmiş 47 yaşlı qadının beyninə yerləşdirib.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə Türkiyənin “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.
Alimlər qurğunun birbaşa beynin nitq mərkəzinə yerləşdirildiyini və beynin bu nahiyəsindən gələn siqnalları davamlı olaraq analiz etdiyini bildirib.
Xəstənin müəyyən cümlələri zehnində canlandırdığı zaman elektrodlar vasitəsilə beynindəki siqnalları qeyd edən araşdırmaçılar xəstənin insultdan əvvəlki səs yazılarından yararlanaraq yaratdıqları səs sintezatoru ilə düşüncələri real vaxtda səsli kəlmələrə çevirib.
Mütəxəssislər hesab edirlər ki, cihaz hələ sınaq mərhələsində olsa da, bir gün danışa bilməyənlərə səs qazanmağa kömək edə bilər.
İlk şərhi yaza bilərsiniz