Press "Enter" to skip to content

141-ci sayda da bir-birindən maraqlı yazılar var

141-ci sayın üz qabığı

BAYRAQDAR MEDİA – “Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya redaksiyadan məlumat verilib.

Bildirilib ki, “Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb. Jurnalın 141-ci sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısı, Orxan Vəliyevin “Türk Dövlətləri Təşkilatı və milli birlik”, Əkbər N.Nəcəfin “Oğuz Fatehləri – Zəngilər” başlıqlı araşdırmaları, Həşim Səhrablının “Bütün münaqişələrin səbəbkarları” adlı təhlili, Fidan Vahidin “Ömür səhrasının Güneyi”, Muxtar Cəfərlinin “Məkanın ülviyyəti”, Samir Ramizoğlunun “İnsanı yaşadan nədir?”, Ülviyyə Rəhmanın “Torpaq nədir?” bədii yazıları, Vaqif Sultanlının “Legion ədəbiyyatı”, Elmin Nurinin “Xəzinə kitablar – elm tarixi” adlı araşdırmaları, Üzeyir Hacıbəylinin “Dördgöz olmalıyıq” məqaləsi, İbrahim Gürelin “Sihirbaz” hekayəsi və Əbdülxaliq Cənnətinin “Sancaq” şeiri ilə tanış ola bilərsiniz”.

O da qeyd edilib ki, artıq dərgidə ənənə halını alan türkcə yazıların davamı olaraq bu dəfəki nömrədə türk yazar İbrahim Gürelin “Sihirbaz” məqaləsi orijinal dili və üslubu qorunmaqla çap olunub: “Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.