Press "Enter" to skip to content

Qasım-Jomart Toqayev Kaya Kallas ilə görüşüb

Görüş zamanı

Görüş zamanı Qazaxıstan ilə Avropa Birliyi arasında hərtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi – Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas ilə görüşüb.

Bu barədə Qazaxıstanı Prezidentinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, söhbət zamanı Qazaxıstan ilə Avropa Birliyi arasında hərtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub: “Xüsusi diqqət enerji, sənaye, rəqəmsallaşma kimi prioritet sahələrdə ticarət-iqtisadi tərəfdaşlığın genişləndirilməsinə və Transxəzər nəqliyyat dəhlizinin inkişafına yönəlmiş iri infrastruktur layihələrinin reallaşdırılmasına ayrılıb”.

Xəbərdə deyilir ki, tərəflər beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar: “Prezident Qasım-Jomart Toqayev artan qlobal qeyri-sabitliyi nəzərə alaraq, dünyada baş verən mürəkkəb hadisələrin qiymətləndirilməsində təmkin və məsuliyyət nümayiş etdirməyin xüsusi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Qazaxıstan hər zaman bütün aktual beynəlxalq problemlər və münaqişələrin diplomatik danışıqlar yolu ilə həllini axtarmaq mövqeyindən çıxış edir”.

Görüşdə həmçinin “Mərkəzi Asiya – AB” formatında qarşılıqlı fəaliyyət məsələləri də müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.