Son yeniləmə: 28 Mart 2025
Alim Bayel: Novruz həyatın yenidən canlanmasıdır və təsadüfi deyil ki, bu gün türk dünyasında da bir yenilənmə, canlanma müşahidə edilir
BAYRAQDAR MEDİA – “Novruz bizim ortaq bayramımızdır. Bu bayramı bütün türk dünyası qeyd edir. Biz də səfirlik olaraq bu bayramı heç olmasa kiçik bir formatda da olsa qeyd etməyə bilməzdik. Buna görə də qərara gəldik ki, belə bir mədəni tədbir təşkil edək”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Novruz bayramı münasibətilə Türk Ticarət Mərkəzində keçirilən tədbirin açılışındakı çıxışında deyib.
Xatırladaq ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən gecənin ifaçı qonaqları Qazaxıstanın “Elim Ay” uşaq xoru və qardaş ölkənin Xalq artisti Jamilya Serkebayeva olub.
Çıxışına davam edən səfir Alim Bayel bildirib ki, Novruz yeni gün, yenilənmə və baharın gəlişidi: “Novruz həyatın yenidən canlanmasıdır və təsadüfi deyil ki, bu gün türk dünyasında da bir yenilənmə, canlanma müşahidə edilir. Mən arzu edirəm ki, türk dünyası bu yenilənmə ilə daha da güclənsin və beynəlxalq aləmin güclü aktorlarından birinə çevrilsin. Beləliklə də biz dünyada sülhün, əminamanlığın, sabitliyin davamlı olması üçün türk dünyası olaraq birlikdə çalışaq”.
İlk şərhi yaza bilərsiniz