Press "Enter" to skip to content

Bu tədbirlər türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır

Maksat Mamıtkanov

Son yeniləmə: 28 Mart 2025

Maksat Mamıtkanov: İnanıram ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin Novruz bayramı münasibətilə təşkil etdiyi bu gecə türk dünyası üçün yaddaqalan bir tədbir kimi uzun zaman unudulmayacaq

BAYRAQDAR MEDİA – “Mən fürsətdən istifadə edib Novruz bayramı münasibətilə belə gözəl bayramın təşkilatçılarına minnətdarlıq edirəm. Eyni zamanda türk dünyasının bayramı olan Novruz münasibətilə hər kəsi təbrik edir, türk xalqlarına rifah arzulayıram”.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Novruz bayramı münasibətilə Türk Ticarət Mərkəzində keçirilən tədbirin açılışındakı çıxışında deyib.

Xatırladaq ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən musiqili gecənin ifaçı qonaqları Qazaxıstanın “Elim Ay” uşaq xoru və qardaş ölkənin Xalq artisti Jamilya Serkebayeva olub.

Çıxışında türk dövlətləri arasındakı əlaqələrin ötən hər gün ərzində daha da dərinləşdiyini deyən səfir bunun məmnunluq doğurduğunu vurğulayıb: “Bu əlaqələr o dərəcədə inkişaf edib ki, biz artıq səfirliklər çərçivəsində keçirlən tədbirlərdə qardaş ölkələrin diplomatik təmsilçilikləri olaraq yaxından iştirak edir, birlikdə addımlar atırıq. İnanıram ki, Qazaxıstanın Azərbaycandakı səfirliyinin Novruz bayramı münasibətilə təşkil etdiyi bu gecə də türk dünyası, Turan üçün yaddaqalan bir tədbir kimi uzun zaman unudulmayacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.