BAYRAQDAR MEDİA – Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi Xankəndi şəhərində təntənəli şəkildə qeyd olunacaq. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19:45-də XankəndidəKİ Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr məlumat verilib.
Bildirilib ki, “martın 18-də Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər. Hər ev, hər ailə bayram ovqatı və sevinc yaşayacaq.
İlk şərhi yaza bilərsiniz