Emin Həsənli: Xalq hər zaman ordusunun yanındadır
BAYRAQDAR MEDİA – “Novruz bayramı ilə əlaqədar ehtiyatda olan hərbçilər Silahlı Qüvvələrin veteranları Azərbaycan Bayrağı ordeni, ehtiyatda olan polkovnik Xətai Baxışov və ehtiyyatda olan polkovnik Hikmət Ağayev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli və Birliyin Türkiyə təmsilçisi Tacəddin Hüseynquluzadə Azərbaycan- Ermənistan sərhədində dislokasiya olunmuş hərbi hissələrdə olub”.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-dən məlumat verilib.
Bildirilib ki, “səfərə Laçından başlayan veteranlar və ictimaiyyət nümayəndələri əsgərlərlə görüşüb, söhbət ediblər. Əsgərlərlə birlikdə bayram şənliyində iştirak edən, onlara uğurlu xidmət arzulayan veteranlar ehtiyatda olan hərbçilərin hər zaman döyüşçülərlə bərabər olduğunu bir daha vurğulayıblar. Həm aprel döyüşlərində, həm Vətən müharibəsində, həm də antiterror tədbirləri zamanı hərbçilərimizin yanında olduqlarını və bundan sonra da hər zaman onlarla olacaqlarını bildiriblər”.
Məlumata görə, xidmətdə olan hərbçilər qəhrəman və qalib ordunun əsgəri olmğın qürurunu yaşadıqlarını bildirib, zəfər əldə etmiş dövlətin vətəndaşı olaraq fəxrlə xidmət edəcəklərini və qəhrəmanlıq ənənələrini davam etdirəcəklərini bəyan ediblər.
Görüşdə çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli bildirib ki, hazırda istər regionumuzda, istərsə də bütün dünyada yaranmış situasiya güclü orduya sahib olmaq tələbini aktuallaşdırır: “Buna görə də hər Azərbaycan ordusunun inkişafına xüsusi diqqət verilir”.
Emin Həsənli Ali Baş Komandanın bu istiqamətdə gördüyü işlərə də toxunub: “Yeni yaradılan hərbi hissələr, Silahlı Qüvvələrin arsenalına qəbul olunan hərbi texnika və silahların ən müasir standartlara cavab verdiyini göstərir. Bununla yanaşı unutmayın ki, xalq hər zaman ordusunun yanındadır”.
İlk şərhi yaza bilərsiniz