BAYRAQDAR MEDİA – Türk Ulduzları 18 Mart Şəhidlərini Anma və Çanakkale Dəniz Zəfərinin 110-cu ildönümü qeyd etmələri çərçivəsində Çanakkale səmasında hazırlıq uçuşu həyata keçirib.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “Türk Ulduzları martın 18-də Şəhidlər Anıtı qarşısında nümayiş uçuşu həyata keçirəcək. Bundan öncə isə Türk Ulduzları Bandırma 6-cı Əsas Jet Bazasından havaya qalxaraq Çanakkale səmasında nümayiş uçuşu həyata keçirib. Nümayiş uçuşu üçün Çanakkaledən minlərlə insan əraziyə axışarkən, Türk Ulduzları Çanakkale səmasında nəfəs kəsən akrobatik hərəkətlər nümayiş etdirib. Nümayiş uçuşu zamanı minlərlə vətəndaş unudulmaz və həyəcanlı anlar yaşayıb”.
İlk şərhi yaza bilərsiniz