BAYRAQDAR MEDİA – Güney Azərbaycan türklərindən ibarət “Traktör Təbriz” komandasının oyunlarının TRT başda olmaqla digər idman kanallarında da yayımlanması üçün çağırış edilib.
Bu barədə Traktör Təbrizin X sosial media hesabında edilən paylaşımda vurğulanıb.
Paylaşımda bildirilib ki, “əksəriyyəti Türkiyə və Azərbaycandan olan “Traktör Təbriz” azarkeşləri bu futbol klubunun oyunlarını izləmək istəyir. TRT Spor və digər idman kanallarından bu matçları yayımlamağı xahiş edirik ki, hər iki ölkədəki azarkeşlər sevimli komandalarını izləmək imkanı əldə etsinlər”.
İlk şərhi yaza bilərsiniz