Press "Enter" to skip to content

Qardaş səfəri davam edir

Qarabaö Universitetində

Türkman QHT -lərindən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş bölgələrdə olub

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi martın 14-dən Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir. Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir.

Vahid türk dünyasına doğru

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “qonaqlar ilk olaraq işğaldan azad edilmiş ərazilərə səfər edib və Xocalıda olublar. Heyət Əsgəran qalası, Xocalı şəhəri ilə tanış olub.

Qonaqlar Xocalıda
Qonaqlar Xocalıda

Daha sonra nümayəndə heyəti martın 15-də Xankəndidə olublar. Qarabağ Universitetinin rektoru Şahin Bayramov heyətə ali təhsil ocağı barədə ətraflı məlumat verib.

 

Qonaqlar həmin gün Şuşa şəhərini də ziyarət edib. Məlumata görə, heyət Mehmandarovların malikanə kompleksində, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində və Cıdır düzündə olublar. Şuşada aparılan dağıntılar, genişmiqyaslı bərpa və quruculuq işləri barədə heyətə ətraflı məlumat verilib.

Şuşadan xatirə fotosu
Şuşadan xatirə fotosu

Qardaş heyət martın 16-da isə Füzuli şəhərini ziyarət edib. İlk olaraq, dağıdılmış Füzuli şəhər mərkəzi, daha sonra Füzulidə aparılan bərpa-quruculuq işləri, Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ilə də tanış olublar. Qonaqlara məkanlar haqqında ətraflı məlumatlar verilib, ermənilərin burada törətdiyi vəhşiliklər və cinayətlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, martın 18-də Bakı şəhərində ilk dəfə olaraq “Türkman irsi: Vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.

Səfər martın 19-dək davam edəcək. Səfər çərçivəsində əməkdaşlığa dair mühüm görüşlərin də keçirilməsi planlaşdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.