Press "Enter" to skip to content

Parlamentə yeni partiya daxil olacaq

Bolqarıstan parlamenti

BAYRAQDAR MEDİA – Bolqarıstan Konstitusiya Məhkəməsinin 27 oktyabr 2024-cü il tarixində keçirilən Xalq Məclisi seçkilərinin nəticələrini dəyişdirən qərarından sonra Mərkəzi Seçki Komissiyası (MSK) “Veliçie” partiyasının 51-ci Xalq Məclisinə 10 deputatla daxil olmasına qərar verib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “16 deputat parlamenti tərk edəcəyi halda, əlavə 16 deputat daxil olacaq. Beləliklə, GERB-SDS-in deputatlarının sayı 3 nəfər azalaraq 66-ya düşdüyü halda, “Prodıljavame Promyanata-Demokraticna Bılgariya” bir deputatını itirərək 36, “Vızrajdane” iki mandat azalaraq 33, “DPS-Novo Naçalo” 1 nəfər itirərək 29 yerı sahib olub. Bundan başqa “BSP-Obedinena Levitsa” 1 nəfər azalaraq 19, “İma Takav Narod” 1 deputat itirərək 17, MEÇ isə 1 deputat azalaraq 11 mandata malik olacaq. Hakim çoxluğu ümumi mandatının sayı 121 endiriləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.