Press "Enter" to skip to content

Millət vəkilinin növbəti qəbulu

Millət vəkilinin növbəti qəbulu

BAYRAQDAR MEDİA – Martın 15-də millət vəkili Elçin Mirzəbəyli öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti vətəndaş qəbulunu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın iştirakı ilə Ərəbsarvan kəndində gerçəkləşdirib.

Vətəndaş müraciətlərində yer alan məsələlərin bir hissəsinin yerli və regional təsisatların dəstəyi ilə yerindəcə həll olunduğunu qeyd edən millət vəkili əlavə edib ki, digər müraciətlərdə yer alan problemlərin araşdırılması və həlli üçün müvafiq hökumət qurumları qarşısında məsələ qaldırılacaq.

E.Mirzəbəyli vətəndaş qəbuluna verdikləri dəstəyə görə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini S.Mirzəliyevaya və İcra Hakimiyyətinin əməkdaşlarına minnətdarlığını bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.