Press "Enter" to skip to content

Meksikanın tanınmış muzeyində Novruz şənliyi

Məmməd Talıbov çıxış edərkən

BAYRAQDAR MEDİA – “Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşkilatçılığı və Meksikanın məşhur Milli Antropologiya və Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən, XVI əsrə aid memarlıq abidəsi olan Milli Dünya Mədəniyyətləri Muzeyinin (Museo Nacional de las Culturas del Mundo) dəstəyi ilə muzeyin mərkəzi meydanında “Novruz, Bahar Bayramı” adlı bayram şənliyi təşkil edilib.Muzeyin binası atseklərin qədim paytaxtı Tenoçtitlan şəhəri yerləşdiyi hissədə tikilib, Meksika Prezident Sarayının memarlıq ansamblının bir hissəsidir”.

Səfirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Bildirilir ki, “tədbirdə Milli Dünya Mədəniyyətləri Muzeyinin direktoru Alexandra Qomez Kolorado, Meksika Xarici Əlaqələr Nazirliyinin Avropa Baş idarəsinin rəisi Oktavio Trip, Meksikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, KİV nümayəndələri,Parlamentlərarası İttifaqı və Meksika Hökuməti tərəfindən təşkil olunan “Qadın parlament üzvlərinin forumu”nda iştirak etmək məqsədilə Mexiko şəhərində səfərdə olan millət vəkili xanım Səbinə Xasayeva, eləcə də Azərbaycanın yaxın dostları və yerli ictimaiyyət iştirak edib”.

Məlumata görə, tədbirin açılışını muzeyin direktoru A.Q. Kolorado edib: “O, muzeyin Azərbaycan xalqının milli mədəniyyətini və dəyərlərini tərənnüm edən Novruz bayramına həsr edilmiş tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək, bu kimi tədbirlərin xalqları birləşdirdiyini, müxtəlif mədəniyyətləri və adət-ənənələri yaxından tanımaq imkanı yaratdığını, insanlar arasında qarşılıqlı anlayış və hörmətin dərinləşməsinə töhfə verdiyini qeyd edib. Ardınca çıxış edən Meksika Xarici Əlaqələr Nazirliyinin Avropa Baş idarəsinin rəisi Oktavio Trip, Səfirliyin ölkəmizin mədəniyyətini və adət-ənənələrini tanıtmaq istiqamətindəki fəaliyyətini təqdir edərək, belə tədbirlərin xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli bir platforma olduğunu vurğulayıb”.

Məlumata əsaəsn sonra səfir Məmməd Talıbov çıxış edib: “Səfir çıxışında iştirakçılara Azərbaycanın qədim və zəngin mədəni irsini təmsil edən Novruz bayramı, o cümlədən qədim Novruz adət-ənənələri haqqında ətraflı məlumat verərək tədbiriştirakçılarına bayram münasibətilə ən xoş arzularını çatdırıb.O, həmçinin, Novruz bayramının UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və 23 fevral 2010-cu ildə BMT Baş Məclisi tərəfindən martın 21-i tarixinin “Beynəlxalq Novruz Günü” olaraq qəbul edildiyini xüsusi olaraq qeyd edib. Gün ərzində davam edən tədbir çərçivəsində, Novruz bayramına aid müxtəlif adət- ənənələrə həsr olunmuş sərgi təşkil edilib, Azərbaycanın milli mətbəxinin ləziz nümunələri təqdim olunub, həmçininmilli rəqs nümunələri nümayiş etdirilib vəiştirakçılarla birgə qədim Novruz adətləri əyani olaraq göstərilib. Tədbir böyük maraq və izdihamla qarşılanıb, iştirakçılar Azərbaycan mədəniyyətinə olan heyranlıqlarını ifadə edib. Eyni zamanda, iştirakçılara Azərbaycan rəqslərinin elementlərini öyrənmək imkanı yaradılıb, tədbirin qonaqları birliyin və dostluğun rəmzlərindən biri olan yallı rəqsinin ifasına qatılıb. Günərzində tədbirə üç minədək meksikalı və şəhərin xarici qonaqları qatılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.