BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “İzmir Azərbaycan Cəmiyyəti”nin başqanı Pərviz Altay və onun müavini Cavid Əliyevlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai birliklər və dini qurumlar komitəsindən məlumat verilib.
Bildirilib ki, “Fazil Mustafa qonaqları salamlayaraq Komitənin fəaliyyəti barədə məlumat verib, diaspor qurumlarının, ümumən ictimai birliklərin yeni çağırışlara, günün tələblərinə uyğun görməli olduğu işlər barədə öz fikirlərini bölüşüb”.
Məlumata görə, görüş zamanı Pərviz Altay rəhbərlik etdiyi Cəmiyyətin məqsəd və vəzifələri, həyata keçirdiyi və gələcəkdə gerçəkləşdirməyi planlaşdırdığı layihələr haqqında ətraflı danışıb: “O, Komitə ilə Cəmiyyət arasında səmərəli əməkdaşlığın ümumi işə töhfə verəcəyini vurğulayıb”.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Sonda Komitə sədri müəllifi olduğu kitabları qonaqlar üçün imzalayıb.
Fazil Mustafa, həmçinin, qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə “İzmir Azərbaycan Cəmiyyəti”nin bütün üzvlərinə salamlarını və təbriklərini çatdırmağı xahiş edib.
İlk şərhi yaza bilərsiniz