Press "Enter" to skip to content

Heydər Əliyev Beynəlxalq Aeroportu bayramda gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Heydər Əliyev Beynəlxalq Aeroportu bayramda gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

BAYRAQDAR MEDİA – Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə, 20-31 Mart 2025-ci il tarixlərində fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aeroportun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bayram mövsümündə sərnişin axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq xidmət keyfiyyətinin və operativliyin təmin edilməsi məqsədilə bir sıra əlavə tədbirlər həyata keçiriləcək. Xüsusilə, qeydiyyat, təhlükəsizlik yoxlanışı və baqaj emalı kimi əsas xidmət sahələrində iş proseslərinin optimallaşdırılması üçün əlavə işçi heyəti cəlb olunacaq”.

Daha sonra xəbərdə, “sərnişinlərə səfərlərini öncədən planlaşdırmaq, hava limanına uçuşdan ən az 2 saat əvvəl gəlmək və uçuş cədvəlləri ilə bağlı yenilikləri müvafiq aviaşirkətlərin rəsmi mənbələrindən izləmək tövsiyə edilir” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.