BAYRAQDAR MEDİA – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib. Tədbirdə işçi qrup üzvləri və onun fəaliyyətinə bilavasitə cəlb olunmuş məsul şəxslər, hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını salamlayaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Komissiya tərəfindən “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”nin təsdiq edildiyini diqqətə çatdırıb. Bildiribki, Dünya Bankı Qrupununsentyabr ayında nəşr olunacaq hesabatına Azərbaycanın da daxil ediləcəyi gözlənilir”.
Məlumata görə, sonra DVX-nin rəis müavini Samirə Musayeva Dünya Bankı Qrupu tərəfindən adıçəkilən indikatorla bağlı ünvanlanmış sorğu anketi ilə əlaqədar təqdimatla çıxış edib: “Ölkəmizdə biznesin təsis edilməsi ilə bağlı bir çox müsbət nəticələr əldə olunduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb. İclasda 2025-ci il üzrə müvafiq yol xəritəsiilə bağlı qarşıda duran vəzifələr barədəmüzakirələr, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı ilə bağlı yeniliklər və biznesə daxilolma sahəsində həyata keçirilmiş islahatlara dair təkliflər səsləndirilib. Qərara alınıb ki, yaranmış suallarla əlaqədar hüquq-konsaltinq şirkətləri, özəl sektor və müvafiq dövlət qurumları cəlb edilməklə ayrıca tematikgörüşlər təşkil edilsin. Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir”.
İlk şərhi yaza bilərsiniz