BAYRAQDAR MEDİA – Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) ölkələrində ortalama ömür uzunluğu ilə bağlı məlumatları açıqlayıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu haqda “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.
Məlumata görə, 2023-cü ildə Aİ ölkələrində gözlənilən ömür uzunluğu əvvəlki illə müqayisədə 0,8 il artaraq 81,4 yaşa çatacaq. Ortalama ömür uzunluğu Covid-19 pandemiyasının təsirindən qurtularaq 2019-cu ilin dəyərini keçib. Həmçinin ortalama ömür uzunluğu 2002-ci illə müqayisədə 3,8 il artıb. Qadınların ortalama ömür uzunluğu kişiləri 5,3 il üstələyib.
Aİ ölkələrində ortalama ömür uzunluğu qadınlar üçün 84, kişilər üçün isə 78,7 il olub. Aİ ölkələrində ən uzun ortalama ömür uzunluğu İspaniyada 84, İtaliyada 83,5, Lüksemburq, Malta və İsveçdə 83,4, Fransada 83 il müəyyən edilib.
Eləcə də 81,1 illə Almaniyada, ən aşağı göstərici isə 75,6 illə Latviyada, 75,8 illə Bolqarıstanda və 76,4 illə Rumıniyada ölçülüb.
İlk şərhi yaza bilərsiniz