Press "Enter" to skip to content

Zakir Həsənov “Baykar” şirkətinin baş direktoru ilə görüşüb

Zakir Həsənov “Baykar” şirkətinin baş direktoru ilə görüşüb

BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “səmimi dialoq çərçivəsində keçirilən görüşdə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi vurğulanıb. Görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb”.

Görüşün sonunda müdafiə naziri H.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.