Press "Enter" to skip to content

Qarabağda info-sessiyalar keçiriləcək

Qarabağda info-sessiyalar keçiriləcək

BAYRAQDAR MEDİA – 18-19 mart tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə Qarabağ Universitetində elm və ali təhsil ictimaiyyəti üçün info-sessiyalar keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə iki istiqamət üzrə təqdimat aparılacaq. Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşları Nərminə AbdullayevaÜlviyyə Gözəli “Scopus”, “Science Direct” məlumat bazalarından səmərəli istifadə strategiyaları və “Scopus AI” süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı mövzusunda təqdimatla çıxış edəcək”.

Daha sonra xəbərdə, “Agentliyin Xaricdə təhsil sektorunun əməkdaşı Həcər Kəlbiyeva isə elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları barədə iştirakçıları məlumatlandıracaq. Qarabağ və ətraf ərazilərdən elm və təhsil ictimaiyyətindən olan şəxslər info-sessiyalarda iştirak üçün qeydiyyatdan keçə bilərlər” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.