Press "Enter" to skip to content

Neftin emalı 1,2 milyon ton təşkil edib

Neft quyuları

BAYRAQDAR MEDİA – Operativ məlumatlara əsasən, 2025-ci ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “iki ay ərzində 3,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,2 milyon tonu konsorsiumların, 0,4 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Qeyd edək ki, cari ilin fevral ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 77,5 min ton (584 min barrel) olub. Bunun 63,1 min tonunu (465 min barrel) xam neft, 14,4 min tonunu (119 min barrel) kondensat təşkil edib. Bu dövrdə neftin emalı 1,2 milyon ton təşkil edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.