“Kıbrıs’ın Sesi: Dr. Fazıl Küçük ve Türk Toplumunun Hak Arayışı” kitabı işıq üzü görüb
BAYRAQDAR MEDİA – KKTC-də “Kıbrıs’ın Sesi: Dr. Fazıl Küçük ve Türk Toplumunun Hak Arayışı” kitabı işıq üzü görüb.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Bildirilib ki, “müəllif Dr. Senem Civgin tərəfindən yazılmış, “Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü” münasibəti ilə Kıbrıs türk xalqının hüquq və azadlıq mübarizəsindən bəhs edən kitabda Dr. Fazıl Küçükün həyatı, varlıq və yaşam mübarizəsi araşdırılır.
Kitabda Dr. Fazıl Küçükün uşaqlıq illərindən başlayaraq, həkimlik, siyasət, jurnalistika və liderlik karyerası boyunca Kipr türk xalqının hüquqlarını müdafiə etmək üçün çox yönlü və qətiyyətli mübarizəsi çatdırılıb.
İlk şərhi yaza bilərsiniz