Press "Enter" to skip to content

Məhkəmə 16 deputatın seçkisini qanunsuz elan edib

Bolqarıstan parlamenti

BAYRAQDAR MEDİA – Bolqarıstan Konstitusiya Məhkəməsi 16 deputatın seçkisini etibarsız sayıb. Məhkəmənin saytında rəsmi məlumat dərc olunub.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumatda deyilir ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən, seçkilərin səslərinin yenidən hesablanmasından sonra “Veliçie” partiyası parlamentə daxil olmaq üçün tələb olunan 4 faizlik baryeri keçib: “Konstitusiya Məhkəməsi tərəfindən səslərin yenidən hesablanmasından sonra “Veliçie” partiyasının 97 min 497 səs aldığı müəyyən edilib. Xalq Məclisinə daxil olmaq üçün 4 faizlik hədd üçün 97 min 390 səs lazımdır”.

Məlumata əsasən, “Veliçie” partiyasının Xalq Məclisinə daxil olması Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmən elan edilməli və Məclisdəki yerlərin bölgüsü yenidən bölüşdürülməlidir: “Lakin 16 deputatın parlamentdən çıxarılması o demək deyil ki, “Veliçie” partiyasından 16 deputat daxil olacaq. Yeni deputatlar başqa partiyalardan da ola bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.