BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və rəhbərlik etdiyi heyət Ağdaşda səfərdə olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, “Ağdaş rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “İN-VİTRO” MMC-nin tingçilik, “Orelay”ın şokolad və “AKS” MMC-nin PVC profil istehsalı müəssisələrində olub və sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanış olublar. Bir sıra dövlət dəstəyi alətlərdən yararlanmış sahibkarlar ilə biznesin inkişaf ehtiyaclarına və gələcək planlarına dair fikir mübadiləsi aparılıb”.
İlk şərhi yaza bilərsiniz